Gəncədə maşınla vurulan piyada ölüb.
Hadisə şəhər ərazisində qeydə alınıb.
“Hyundai” markalı minik maşını yolu keçmək istəyən yaşlı qadını vurub. Qadın ağır vəziyyətdə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.










