Məzmuna keç

Husilərin Baş Qərargah rəisi öldürülüb

Yəmən Husilərinin Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmari öldürülüb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Husilər məlumat yayıb.

Onun öldürülməsinin detalları açıqlanmayıb.

Husilər Ğəmarinin ölümündə İsraili ittiham edib və bu ölkə ilə mübarizənin davam edəcəyini bəyan ediblər.