Məzmuna keç

İndoneziya sahillərində güclü zəlzələ oldu

İndoneziyanın Flores adasının sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Labuan-Badjo şəhərindən 79 kilometr şimal-şərqdə yerləşib. Ocaq 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.