Məzmuna keç

İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alındı

ABŞ Silahlı Qüvvələri İranın dəniz blokadasının bərpasından sonrakı 100 gün ərzində 25 milyard dollar dəyərində neft ixracının qarşısını alıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın bəyanatında bildirilir ki, blokada İranın neft gəlirlərini məhdudlaşdırmaqla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyə imkanlarına da təsir göstərib.

CENTCOM-un məlumatına görə, humanitar yardım istisna olmaqla, bu müddətdə İranla dəniz yolu ilə mal idxalı və ixracı həyata keçirilməyib.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 14-də İran limanlarına və sahil ərazilərinə gedən, eləcə də oradan çıxan gəmilərə qarşı dəniz blokadasını bərpa edib.