Məzmuna keç

Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil

Əksər insanlar səhər yeməyində kəsmik yeyirlər. Süd məhsulu olan kəsmik uzun müddət aclıq hissini yatıran və əzələ kütləsini qoruyan amma gec həzm olunan bir protein- kazeinlə zəngindir.

Bu fikri Sağlam Qidalanma Tədqiqat Mərkəzinin direktoru, məşhur diyetoloq və qastroenteroloq Nuriya Dianova “Gazeta”ya müsahibəsində bildirib. O qeyd edib ki, səhəri yalnız zülallı qida ilə açmaq kifayət etmir və bu, maddələr mübadiləsinə elə də kömək göstərmir.

Həkimin sözlərinə görə, ideal səhər yeməyində toxluq və əzələ kütləsi üçün zülalla yanaşı, mikrobiom və sabit qan şəkəri üçün lif şəklində mürəkkəb karbohidratlar və doymamış yağlar da olmalıdır.

“Səhər yeməyi üçün ən optimal variantlardan biri budur: 2%-li qatığı bir ovuc giləmeyvə, bir qaşıq çia toxumu və tam taxıllı dənli bitkilərlə yemək. Həmçinin, meyvə və ya giləmeyvələrlə birlikdə 5%-li kəsmikdən istifadə edə və üzərinə şəkərsiz yulaf əzməsi, peçenyeləri əlavə edə bilərsiniz. Laktoza ilə bağlı problemi olan insanlar üçün isə ən yaxşı həll yolu amino turşusu tərkibinə görə yeganə analoq sayılan soya və ya noxud əsaslı, bitki mənşəli alternativlərdən, eləcə də kokos yoqurtu kimi fermentləşdirilmiş məhsullardan isifadədir”,-diyetoloq deyib.