Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkian və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə ikitərəfli görüşlər keçirib.
Ermənistan Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, ikitərəfli görüşlər Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Paşinyanın Pezeşkianla görüşünün təfərrüatları hələlik açıqlanmayıb.
Mitsotakis ilə görüşdə Ermənistan və Yunanıstan arasında ikitərəfli dostluq münasibətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.










