07.05.2026 / 12:45
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 22°C
Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
Ana Səhifə Prezident

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib

Xəbərsiz Media Xəbərsiz Media
05.05.2026 / 21:00
Prezident
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Xəbərsiz” xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edildi.

Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.

Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxundu.

Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu dedi.

Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda dövlətimizin başçısı qeyd etdi ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə – Almaniyaya və Avstriyaya çatıb.

Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunuldu, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulandı.

Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirildi. Ötən gün İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirildi.

Görüşdə vurğulandı ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.

Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edildi, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olundu.

Dövlətimizin başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

SON DƏQİQƏ! Prezidentdən  SƏRT QƏRAR
Son Dəqiqə

SON DƏQİQƏ! Prezidentdən  SƏRT QƏRAR

May 6, 2026
Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək
Prezident

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

May 6, 2026
İlham Əliyev qəbul keçirdi - FOTOLAR
Prezident

İlham Əliyev qəbul keçirdi - FOTOLAR

May 6, 2026
İlham Əliyev sərgidə iştirak etdi - FOTO
Prezident

İlham Əliyev sərgidə iştirak etdi - FOTO

May 5, 2026
İlham Əliyev Martin Çunqonqu qəbul etdi
Prezident

İlham Əliyev Martin Çunqonqu qəbul etdi

May 5, 2026
Azərbaycan və İtaliya strateji tərəfdaşlardır - İlham Əliyev
Prezident

Azərbaycan və İtaliya strateji tərəfdaşlardır - İlham Əliyev

May 4, 2026

XƏBƏR LENTİ

Sabah Bakıda yağış yağacaq - PROQNOZ

Sabah Bakıda yağış yağacaq - PROQNOZ

07 May, 26 / 12:43
Metronun iş rejiminə dəyişiklik ediləcək

Metronun iş rejiminə dəyişiklik ediləcək

07 May, 26 / 12:35
İsmayıllıda 43 yaşlı kişi itkin düşüb - FOTO

İsmayıllıda 43 yaşlı kişi itkin düşüb - FOTO

07 May, 26 / 12:16
Ağalar Allahyarovun şirkəti qanun tanımır: "Xoşunuz gəlmirsə..."

Ağalar Allahyarovun şirkəti qanun tanımır: "Xoşunuz gəlmirsə..."

07 May, 26 / 12:07
Tüstüdən zəhərlənən kişi öldü

Tüstüdən zəhərlənən kişi öldü

07 May, 26 / 11:58
Azərbaycanın büdcə göstəriciləri açıqlanıb

Azərbaycanın büdcə göstəriciləri açıqlanıb

07 May, 26 / 11:41
Azərbaycanda bu şadlıq sarayı bağlandı

Azərbaycanda bu şadlıq sarayı bağlandı

07 May, 26 / 11:25
Tanınmış həkim vəfat etdi – FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

07 May, 26 / 11:03
Qurban bayramında ətin qiyməti belə DƏYİŞƏCƏK - Əhaliyə vacib XƏBƏRDARLIQ

Qurban bayramında ətin qiyməti belə DƏYİŞƏCƏK - Əhaliyə vacib XƏBƏRDARLIQ

07 May, 26 / 10:51
Ölkədəki apteklərdə saxta dərmanlar SATILIR?

Ölkədəki apteklərdə saxta dərmanlar SATILIR?

07 May, 26 / 10:33
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026