Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Bu barədə oktyabrın 22-də Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Putinin sammitdə iştirakı ilə bağlı hələ yekun qərar qəbul edilməyib.
“Bu mövzu ilə bağlı əlavə edə biləcəyimiz yeni məlumat yoxdur. Putinin bu sammitdə iştirakına dair qərar qəbul edilməyib”, – Peskov jurnalistlərə bildirib.
Kremlin sözçüsü Rusiyanın sammitə dəvət aldığını təsdiqləyib. O qeyd edib ki, dəvət bütün müşayiətedici hallar nəzərə alınmaqla ətraflı şəkildə nəzərdən keçiriləcək.
Peskovun sözlərinə görə, Rusiya G20 çərçivəsində aktiv fəaliyyətini davam etdirmək niyyətindədir. Ölkəni sammitdə həm prezident, həm də daha aşağı səviyyəli nümayəndə heyəti təmsil edə bilər.










