Almaniyanın Münhen şəhərinin mərkəzində yerləşən 1958-ci il təyyarə faciəsinin qurbanlarına həsr olunmuş abidə təıhqir edilib.
Dünyanın hər yerindəki “Mançester Yunayted” azarkeşləri üçün böyük tarixi və emosional əhəmiyyətə malik abidə vandalların hədəfinə çevrilib.
“Mançester-Münhen” Fondunun rəsmi təsdiqinə görə, şüşələri sındıran naməlum şəxslər sərgi salonundan bir neçə qiymətli əşyanı oğurlayıb.
Xatırladaq ki, həmin ilin fevral ayında klubun oyunçularını daşıyan təyyarə Münhendə qəzaya uğramış və nəticədə oyunçuların əksəriyyəti həlak olmuşdu.










