Məzmuna keç

Sabah yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

“Xəbərsiz” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 28-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə müşahidə olunacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.