Məzmuna keç

Tramp üçüncü dəfə prezident ola bilər? – Ekspert şanslarını açıqladı

ABŞ prezidenti Donald Trampın üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəyi ilə bağlı bəyanatı siyasi ekspert tərəfindən hüquqi baxımdan əsassız hesab edilib.

Politoloq Mixail Sinelnikov-Orişak “Ridus” nəşrinə açıqlamasında Trampın bu bəyanatını növbəti dəfə “boş söhbət” adlandırıb. Onun fikrincə, hüquqi baxımdan Trampın yenidən ABŞ prezidenti olmaq şansı yoxdur.

“Gəlin, noyabrın 3-də keçiriləcək səsvermənin nəticələrini gözləyək. Həmin vaxt Nümayəndələr Palatası və Senatda qüvvələr nisbəti aydınlaşacaq. Bundan sonra Tramp administrasiyasının perspektivləri də bəlli olacaq”, – deyə ekspert bildirib.

Qeyd olunur ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş bir şəxsin prezident vəzifəsini iki müddətdən artıq tutmasını qadağan edir. Düzəliş 1947-ci ildə Konqres tərəfindən qəbul olunub, 1951-ci ildə isə ştatların tələb olunan əksəriyyəti tərəfindən ratifikasiya edilib.