Tudor "Yuventus"dan qovulub
İqor Tudor “Yuventus”un baş məşqçisi postundan qovulub.
“Xəbərsiz” bildirir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Xorvatiyalı çalışdırıcı A Seriyasının səkkizinci turunda “Latsio”ya 1:0 hesabı ilə uduzduqdan sonra “Yuventus” tərəfindən istefaya göndərilib.
Qeyd edək ki, bu, “Yuventus”un ardıcıl üçüncü məğlubiyyətidir. Bundan əvvəl çempionatda da “Komo”ya (2:0), Çempionlar Liqasında isə “Real”a (1:0) məğlub olub. Tudorun Juventus komandası bu üç məğlubiyyətdən əvvəl beş dəfə heç-heçə edərək, 2009-cu ildən bəri klubun ən pis seriyası olan səkkiz oyundur qalibiyyətsizdir.
İslam İman





