ABŞ Prezidenti Donald Tramp federal məhkəmələr tərəfindən çıxarılmış ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə göstəriş verib.
Tramp bu barədə Ədliyyə Nazirliyindəki çıxışı zamanı danışıb.
O bildirib ki, baş prokuror federal səviyyədə verilmiş ölüm hökmlərinin icrasını sürətləndirməlidir. Trampın sözlərinə görə, andlılar heyəti ölüm hökmü barədə qərar qəbul etdikdən sonra cəzanın icrası sürətli və qaçılmaz olmalıdır.
Prezident həmçinin Ədliyyə Nazirliyinin yetkinlik yaşına çatmayanları öldürməkdə və ya zorlamaqda təqsirli bilinən şəxslərə, eləcə də qurbanlarını öldürən insan alverçilərinə qarşı ölüm cəzası tələb etməli olduğunu vurğulayıb.










