İtaliya bazarların şaxələndirilməsi strategiyası çərçivəsində Azərbaycanı ixrac istiqamətlərindən biri kimi nəzərdən keçirir.
Bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Antonio Tayani SOCAR-la bağlı investisiya təşəbbüsünü və yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacaq qiymətlərinin yuxarı həddinin tətbiqi qərarını yüksək qiymətləndirib.
O, Azərbaycan bazarının İtaliya üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“İtaliya bazarlarını şaxələndirmək qərarı verib və Azərbaycanı ixrac istiqamətlərindən biri kimi qiymətləndirir”.
A.Tayaninin sözlərinə görə, Azərbaycanla əməkdaşlıq İtaliya istehsalının 40 faizini əhatə edir.










