Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Siqaret və alkoqollu içkilər gələn il bahalaşacaq

Reklam728 × 90

Azərbaycanda siqaret və siqarların aksiz dərəcələri artırıla bilər.

“Xəbərsiz” “Yeni Sabah” xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar), eləcə də tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədin aksiz dərəcələrinin 45,5 manatdan 55 manata çatdırılması nəzərdə tutulur.

Bununla bərabər, spirtli içkilərin aksiz dərəcələri cüzi artırıla bilər.

Vergi Məcəlləsində təklif olunan dəyişikliyə əsasən, arağın, tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likör və likör məmulatlarının, eləcə də konyak və konyak materiallarının hər litrinə görə aksiz dərəcələrinin 4,8 manatdan 5 manata çatdırılması nəzərdə tutulur.

Reklam728 × 90