Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Yüksək vəzifəyə təyinat alan GENERAL KİMDİR?

Reklam728 × 90

Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.

“Xəbərsiz” bildirir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib.

Bu, Mərkəzi Aparatın əsas idarəetmə strukturudur.

Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.

General 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. (Qafqazinfo)

Reklam728 × 90