Sinqapurda onlayn fırıldaqçılığa görə FİZİKİ CƏZA TƏTBİQ EDİLƏCƏK!
Sinqapur hakimiyyəti onlayn fırıldaqçılığın kəskin artması ilə mübarizə aparmaq üçün fiziki cəzaya müraciət etmək qərarına gəlib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Sinqapur parlamenti şəhər-ştatın cinayət məcəlləsinə dəyişiklik edərək kibercinayətkarlar üçün cəza kimi qamışdan istifadə edib. Təkcə ilin birinci yarısında on minlərlə belə hal qeydə alınıb, itkilər 385 milyon dollar təşkil edib.
Hökumət sözçüsü onlayn fırıldaqçılıqda təqsirli bilinənlərin ən azı altı dəyənək zərbəsi ilə cəzalandırılacağını söyləyib.
Sinqapur mətbuatı cəzanın 24 zərbəyə qədər artırıla biləcəyini yazıb.
Məcburi tibbi müayinədən sonra, adətən, cəza üçün uzunluğu 60 ilə 120 sm, qalınlığı 4 ilə 13 mm arasında olan rattan və ya bambukdan hazırlanmış çevik çubuqlar istifadə olunur. Bu cəza 50 yaşdan yuxarı qızlara, qadınlara və kişilərə şamil edilməyəcək.
Əli Hacı





