Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Yoxsulluğu aradan qaldıracam” – Elon Mask açıqladı

Reklam728 × 90

Elon Musk, Tesla, SpaceX və xAI-nin baş icraçı direktoru, süni zəka və insani robotların yoxsulluğu tamamilə aradan qaldıracağını bildirib.

“Xəbərsiz” xarici mediaya istinadən xəbər verir ki, Musk və Nvidia-nın baş icraçı direktoru (CEO) Jensen Huang, ABŞ-Səudiyyə Ərəbistanı Yatırım Forumu çərçivəsində keçirilən “Yeni Ufuk: Texnologiyanın Gələcəyini Yenidən Şəkilləndirmək” adlı paneldə çıxış ediblər.

Musk Tesla-nın ilk istifadə oluna bilən insani robotları istehsal edəcəyini və bunun böyük bir inqilab olacağını vurğulayıb.

İnsani robotların böyük bir sənaye sahəsi olacağını qeyd edən Musk, “Süni zəka və insani robotlar yoxsulluğu aradan qaldıracaq,” – deyə bildirib.

Tesla-nın bu sahədə öncülük edəcəyini, amma insani robotlar istehsal edən digər şirkətlərin də olacağını söyləyən Musk, “Hər kəsi zəngin etmənin əsas yolu yalnız bir şeydən keçir: süni zəka və robot texnologiyası,” – sözlərini də çıxışına əlavə edib.

Reklam728 × 90