Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Azərbaycan və İtaliya hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib

Reklam728 × 90

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahı arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı”na əsasən, “Dağlıq ərazidə köməksiz qalmış şəxslərin axtarış və xilasedilməsi üzrə” ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyindən “Xəbərsiz”ə verilən məlumata görə, İtaliyanın Çerviya şəhərində yerləşən 15-ci Stormo axtarış və xilasetmə bazasında keçirilən görüşdə bazanın rəhbər heyəti və Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış xilasetmə üzrə hərbi qulluqçuları iştirak ediblər.

Görüş zamanı iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Reklam728 × 90