Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
SON DƏQİQƏ! Ruslan Eyyubovdan xəbər var
Ebola ilə bağlı TƏHLÜKƏLİ VƏZİYYƏT
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
MİDA qanunsuz tikinti aparır? – ŞİKAYƏTLƏR SƏNGİMİR – VİDEO
16 İyun 2026
SON DƏQİQƏ! Yüksək vəzifəli şəxs işdən ÇIXARILDI
16 İyun 2026
Media sahəsində vahid qurum yaradılacaq
16 İyun 2026
Əsas/Prezident/Prezident Sərəncam imzaladı
PrezidentManşet

Prezident Sərəncam imzaladı

Xəbərsiz Media
27 Fevral 2026
Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.“Xəbərsiz” xəbər verir ki, sənədə əsasən, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur.

Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etsin;

1.3. məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görsün;

1.4. sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görsün;

1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Baxış bucağı16 İyun 2026

MİDA qanunsuz tikinti aparır? – ŞİKAYƏTLƏR SƏNGİMİR – VİDEO

Gündəm16 İyun 2026

SON DƏQİQƏ! Yüksək vəzifəli şəxs işdən ÇIXARILDI

Media16 İyun 2026

Media sahəsində vahid qurum yaradılacaq

Cəmiyyət16 İyun 2026

Yaşı 40-dan yuxarı olanların nəzərinə

Cəmiyyət16 İyun 2026

Bu 7 əlamət varsa, problem səndə yox, nəsildəndir

Dünya16 İyun 2026

Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək

Hadisə16 İyun 2026

Toydan sonra faciə: yaşlı qadın güllələndi

Gündəm16 İyun 2026

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM

Cəmiyyət16 İyun 2026

Bu yollara girməyin!

Gündəm16 İyun 2026

Elman Paşayevin oğlu həbs edildi

Həmçinin oxu

Baxış bucağı

MİDA qanunsuz tikinti aparır? – ŞİKAYƏTLƏR SƏNGİMİR – VİDEO

No Comment
14 baxış
Dünya

SON DƏQİQƏ! Netanyahu Trampın sülh bağlı tələbini RƏDD ETDİ

No Comment
180 baxış
Prezident

Prezident Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı

No Comment
27 baxış
Prezident

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

No Comment
7 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SON DƏQİQƏ! Yüksək vəzifəli şəxs işdən ÇIXARILDI
Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM
Elman Paşayevin oğlu həbs edildi
İqtisadiyyat
Dollar almaq istəyənlərin nəzərinə
Azərbaycan neftinin qiyməti artdı
Kirayə mənzillər bahalaşacaq – SƏBƏB

Bölmələr üzrə

Baxış bucağı 799
Cəmiyyət 2007
Dünya 1101
Elm və təhsil 322
Gündəm 1143

Bütün müəllif hüquqları qorunur - 2026