SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Prezident onu Türkiyəyə səfir təyin etdi
24 İyul 2026
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
24 İyul 2026
Prezident onu Özbəkistana səfir göndərdi
24 İyul 2026
Əsas/Mədəniyyət/Nura Suri məhkəmədə uduzdu
Mədəniyyət

Nura Suri məhkəmədə uduzdu

Xəbərsiz Media
16 Mart 2026

Xəbər verildiyi kimi, müğənni Nura Suri ilə Demokrat.az saytı arasında baş verən qalmaqal məhkəmə müstəvisinə daşınıb.

“Xəbərsiz” Bizim.Media-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı işə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesinə hakim Vəsilə Əliyeva sədrlik edib.

Müğənni Nura Suri Demokrat.az saytına qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıb. 1(5-152)-8/2026 saylı cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Mübahisənin yaranmasına səbəb müğənni Nura Surinin sosial şəbəkələrdə səsləndirdiyi ittihamlar olub.

Belə ki, müğənni iddia edib ki, guya Demokrat.az saytı Mədəniyyət Nazirliyindən maliyyə dəstəyi aldığı üçün nazirliyin mövqeyini müdafiə edir. Onun sözlərinə görə, bu səbəbdən sayt mədəniyyət sahəsində yaranan mübahisələrdə nazirliyi müdafiə edir, əvəzində isə müğənniləri, mahnı müəlliflərini və bu “söz davasında” sosial şəbəkələrdə fəal olan şəxsləri tənqid edən materiallar dərc edir.

Məhkəmə araşdırmaları nəticəsində müğənninin iddiaları rədd olunub.

Daha sonra Nura Suri Demokrat-az saytına və onun rəhbərinə qarşı mülkü qaydada da 5 min manat təzminat tələbi ilə iddia qaldırıb. Bu gün Salyan Rayon Məhkəməsində baxılan məhkəmə prosesində Nura Suri Demokrat.az saytına uduzub. Beləliklə, tərəflər arasında sosial şəbəkələrdə başlayan qalmaqal hüquqi müstəvidə davam etsə də, hər iki qaydada keçirilən məhkəmə Nura Surinin iddialarının əsaslı olmadığını ortaya qoyub.

Xatırladaq ki, bundan əvvəl də Manset.az saytı ilə Almaxanım Əhmədli və onun atası arasında məhkəmə çəkişməsi yaşanmışdı.

Məlumata görə, tərəflər arasında yaranan mübahisə dərc edilən materiallarla bağlı olub və məsələ hüquqi müstəviyə daşınıb. İşə Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baxılıb.

Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhməd məhkəmədə Manşet.az saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə uduzub.

Məhkəmə qərarına əsasən, müğənni Almaxanım Əhmədli jurnalistdən üzr istəməli, təkzib verməli və onun barəsində sosial şəbəkələrdə yazdığı bütün paylaşımları silməlidir.

Qeyd edək ki, hər iki məhkəmə prosesində – müğənni Nura Surinin və Almaxanım Əhmədlinin hüquqlarını müdafiə edən vəkil Hüseyn İsmayılov olub.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Həmçinin oxu

Mədəniyyət

Zaur Baxşəliyev efirə qayıdır?

No Comment
146 baxış
Mədəniyyət

Flora Kərimova ilə bağlı üzücü xəbər

No Comment
1.3K baxış
Mədəniyyət

Zülfiyyə Xanbabayeva "Gəl" dedi - VİDEO 

No Comment
85 baxış
Mədəniyyət

Ziddiyyətlərin sükutundakı həqiqət: "Əks qütblərin dostluğu" əsəri Nəcibə İlkinin təqdimatında...

No Comment
132 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezident onu Özbəkistana səfir göndərdi
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1259

Bütün müəllif hüquqları qorunur - 2026