SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Prezident onu Türkiyəyə səfir təyin etdi
24 İyul 2026
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
24 İyul 2026
Prezident onu Özbəkistana səfir göndərdi
24 İyul 2026
Əsas/Manşet/İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
ManşetSiyasət

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Ziyafət Əlisoy
23 Sentyabr 2025

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Xebersiz.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Etibarlı tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bugünkü səviyyəsi bizi sevindirir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. İqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxmışdır. Qardaş ölkənizin aparıcı “ACWA Power” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini, xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini yüksək qiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda OPEC+ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud səviyyəsi təqdirəlayiqdir.

Ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığını təqdir edir, gələn il Azərbaycanda İƏT-in Zirvə Görüşünün keçiriləcəyini məmnunluqla qeyd edirəm.

Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələri və əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Həmçinin oxu

Prezident

Prezident onu Türkiyəyə səfir təyin etdi

No Comment
7 baxış
Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
42 baxış
Dünya

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

No Comment
35 baxış
Dünya

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

No Comment
329 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezident onu Özbəkistana səfir göndərdi
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1259

Bütün müəllif hüquqları qorunur - 2026