Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər
Redaksiyamıza Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 nömrəli tam orta məktəblə bağlı şikayət daxil olub.
“Xəbərsiz”ə müraciət edən valideynlər bildirirlər ki, məktəbin direktoru Səadət Məmmədovanın hərəkətləri 11D sinfinin məzunları və valideynlərini məyus etməyə hesablanıb.
Şikayətçilərin sözlərinə görə, daha əvvəl direktorla sinifdə təhsil alan şagirdlərdən birinin valideyni arasında yaşanan anlaşılmazlıq qarşılıqlı razılıq əsasında həll edilsə də, son zəng tədbiri zamanı 11D sinfinə qarşı qərəzli münasibət sərgilənib.
İddialara əsasən, əvvəlcədən müəyyən edilmiş çıxış sıralamasına baxmayaraq, 11D sinfi proqramın sonunda səhnəyə dəvət olunub.
Şikayətçilərin sözlərinə görə, sinifin rəqs nömrəsi təqdim edilərkən çəkiliş davam etdiyi halda texniki işçilər meydana daxil olaraq çıxışa maneə yaradıblar. Qeyd olunur ki, bu hal yalnız həmin sinfin çıxışı zamanı yaşanıb.
Şikayətçilər əlavə ediblər ki, məzunlar sözügedən çıxış üçün aylarla hazırlıq görüblər, vaxt və maddi vəsait sərf ediblər. Buna görə də son zəng günündə yaşananların uşaqlarda məyusluq yaradıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sözügedən kadrları təqdim edirik:
Xəbərsiz





