Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Tarixi zəfər: İspaniya DÇ-2026-nın qalibi oldu

Reklam728 × 90

Dünya Çempionatının finalında Argentina və İspaniya matçı Bakı vaxtı ilə saat 23:05-də start götürüb.

“Xəbərsiz” xəbər verir ki, 120 dəqiqədən çox davam edən görüş İspaniyanın tarixi qələbəsi ilə yekunlaşıb.

90+3 dəqiqədə Argentina millisinin oyunçusu E.Fernandez qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Matçın əsas hissəsi qolsuz bərabərliklə bitdiyi üçün oyun əlavə vaxtda davam edib.

Nəhayət, 106-cı dəqiqədə İspaniya millisinin futbolçusu Torres hesabı açıb.

Beləliklə, əlavə vaxtda İspaniya millisi 0 – 1 hesabı ilə Argentinaya qalib gələrək dünya çempionu olub.

Komanda tarixində 2-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.

Reklam728 × 90