SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə…
24 İyul 2026
Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə…
24 İyul 2026
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
23 İyul 2026
Əsas/Gündəm/10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI
GündəmManşet

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Xəbərsiz Media
23 İyul 2026

“Optimal Elektronika” MMC-nin sabiq təsisçisi və baş direktoru Əhəd Əsgərova, eləcə də onun payçı olduğu şirkətlərin rəhbərlərinə məxsus milyonlarla manat dəyərində əmlaklarla bağlı məhkəmə qərar qəbul edib.

“Xəbərsiz” “Qaynarinfo”ya istinadla xəbər verir ki, Əhəd Əsgərovun rəhbəri və payçısı olduğu şirkətlərin banklardan birinə 10 162 916.82 manat və 8 993.57 ABŞ dolları məbləğində borcu yaranıb.

Bununla bağlı borcun tutulması, tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi, əmlakların boşaldılması və digər tədbirlərin görülməsi barədə məhkəməyə müraciət olunub.

Məhkəmə materiallarından məlum olub ki, Ə.Əsgərovun özünün adında və onun payçılığı ilə aşağıdakı şirkətlər fəaliyyət göstərir:

Əhəd Əsgərovun adına qeydiyyatda olan şirkətlər:

– “Opti Azərbaycan-Türkiyə Sənaye və Ticarət Şirkəti” MMC;

– “Optimal Holding” MMC;

– “Grand Mebel Mərkəzi” MMC;

– “Optimal Elektroniks Ltd” MMC;

– “Flora” MMC;

– “Bonus Market” MMC;

– Atasının adına təsis edilmiş “Tofik” firması.

Əhəd Əsgərovun payçı olduğu şirkətlər:

– Elşən Nəbiyev Firidun oğlunun adına – “Optimal Mebel” MMC, “Omeqa Servis Mərkəzi” MMC;

– Vüqar Göyüşov Vahid oğlunun adına – “Global Elektroniks” MMC;

– Cavidan Nəbiyev Mübariz oğlunun adına – “Optimal Aqro” MMC;

– Temur Eubidzenin adına – ELİT.EO MMC;

– Şaiq Cəfərov Zeynalabdı oğlunun adına – MOV MMC.

İddiaçı məhkəmədən Əhəd Əsgərova və onun payçı olduğu şirkətlərə məxsus aşağıdakı əmlakların üzərinə həbs qoyulmasını istəyib:

– Bakıda iki müxtəlif ünvanda yerləşən qeyri-yaşayış sahələri;

– Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 77, mənzil 134;

– Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 77, mənzil 135;

– Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən fərdi yaşayış evi;

– Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41, mənzil 37;

– Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi;

– Gəncə şəhəri, Kəpəz rayonu, X1 prospektində yerləşən qeyri-yaşayış binası;

– Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0931 hektar torpaq sahəsi;

– Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0944 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi;

– Abşeron rayonu, Masazır kəndində yerləşən 5,5912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,04124 hektar hissəsi;

– Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

– Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, mənzil 1;

– Şirvan şəhəri, F.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahələri;

– Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 270.5 və 93.1 kvadratmetr sahəsi olan qeyri-yaşayış binaları.

Həmçinin aşağıdakı nəqliyyat vasitələrinə də həbs qoyulması tələb edilib:

– “Mercedes C220 CDI” markalı minik avtomobili;

– “QAZ 33021” markalı yük avtomobili;

– “Hyundai Santa Fe” markalı minik avtomobili.

Məhkəmə ərizəni qismən təmin edib.

Qərara əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin, Şirvan şəhəri, F.Xoyski küçəsindəki qeyri-yaşayış sahələrinin, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri-yaşayış binalarının, həmçinin “Mercedes C220 CDI”, “QAZ 33021” və “Hyundai Santa Fe” markalı avtomobillərin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilib.

Qeyd edək ki, Əhəd Əsgərov milyonlarla manat borc fonunda rəhbərlik etdiyi “Optimal Elektronika” MMC-ni 2023-cü ildə satıb.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Dünya23 İyul 2026

Rusiyada məhkumlar orduya cəlb edilir: Moskva əlacsız qalıb

Elm və təhsil23 İyul 2026

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

Cəmiyyət23 İyul 2026

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

Manşet23 İyul 2026

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

Prezident23 İyul 2026

İlham Əliyev fərman imzaladı

Həmçinin oxu

Gündəm

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

No Comment
1.2K baxış
Gündəm

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

No Comment
247 baxış
Manşet

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

No Comment
190 baxış
Gündəm

Baş nazirdən yeni qərar...

No Comment
333 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2164
Dünya 1233
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026