Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Qarabağ”ın matçına bu qədər bilet satılıb

Reklam728 × 90

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçına 27 min 500 bilet satılıb. 

“Xəbərsiz” xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” matçının biletləri ötən gün saat 15:00-dan etibarən satışa çıxarılıb.

Reklam728 × 90