Abşeron rayonunun Xırdalan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.
Hadisə zamanı hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobil əvvəlcə piyadanı vurub.
Daha sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun kənarında park edilmiş “Mercedes Sprinter”, VAZ-2107 və “Volkswagen Polo” markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində piyada xəsarət alıb. Hadisənin təfərrüatları və başvermə səbəbləri araşdırılır.










