Avstriya dörd rus diplomatını ölkədən çıxaracaq.
Bu barədə “Reuters” Avstriya Xarici İşlər Nazirliyindəki mənbəyinə istinadən məlumat yayıb.
“Vyanada işləyən dörd rusiyalı diplomat diplomatik statusları ilə uyğun olmayan hərəkətlərinə görə arzuolunmaz şəxs elan edilib”, – məlumatda deyilir.
Nəşrin məlumatına görə, onlar casusluqda şübhəli bilinirlər. Lakin heç bir dəlil təqdim edilməyib.










