Almaniyanın “Bayern Münhen” klubu ilə müqaviləsini 2029-cu ilə qədər uzatmaqla hücumçu Harri Keyn Avropanın ən çox qazanan oyunçusu olub.
Bu barədə “The Athletic” məlumat yayıb.
Hücumçunun klubla müqaviləsinin uzadılması bu gün, 5 noyabrda açıqlanıb. Mənbənin məlumatına görə, Keynin maaşı “Bayern”in tarixində rekord olacaq və onu Avropanın ən çox maaş alan oyunçusu edəcək.
33 yaşlı Harri Keyn 2023-cü ildən bəri “Bayern”də oynayır. Keyn iki Bundesliqa titulunu, Almaniya Kubokunu və iki Almaniya Super Kubokunu qazanıb. İngiltərəli hücumçu 2026-cı ilin oktyabrında “Qızıl top” mükafatını qazanıb. “Transfermarkt” onun bazar dəyərini 60 milyon avro qiymətləndirir.










