Məzmuna keç

Hüquqşünas Aybəniz Bayramova vətəndaşlara və sahibkarlara geniş spektrli hüquqi xidmətlər təklif edir

2015-ci ildən etibarən hüquq sahəsində fəaliyyət göstərən hüquqşünas Aybəniz Bayramova fiziki və hüquqi şəxslərə, eləcə də sahibkarlıq subyektlərinə müxtəlif istiqamətlər üzrə peşəkar hüquqi xidmətlər göstərir.

Xidmətlərin əsas istiqamətlərinə hüquqi məsləhətlərin verilməsi, ərizə, şikayət və pretenziyaların hazırlanması, müqavilə və sazişlərin tərtib edilməsi, hüquqi şəxslərin yaradılması və dövlət qeydiyyatı prosesinin hüquqi müşayiəti daxildir.

Bununla yanaşı, hüquqşünas Konstitusiya Məhkəməsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin hazırlanması, vergi, maliyyə və inzibati hüquq münasibətləri, müflisləşmə və iflas proseslərinin hüquqi müşayiəti sahələrində də xidmətlər təklif edir.

Aybəniz Bayramovanın fəaliyyət istiqamətlərindən biri də avtomobil sahiblərinin hüquqlarının müdafiəsidir. Belə ki, avtomobillərin üzərinə həbs və digər məhdudiyyətlərin qoyulub-qoyulmamasının araşdırılması, mövcud məhdudiyyətlərin səbəblərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində hüquqi dəstək göstərilir.

Eyni zamanda, yol-nəqliyyat hadisələri zamanı sürücülərin sığorta şirkətlərində nümayəndə qismində təmsil olunması, sığorta ödənişləri ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli və zəruri tədbirlərin görülməsi də göstərilən xidmətlər sırasındadır.

Mənzillərə çıxarış alınması ilə bağlı hüquqi araşdırma

Hüquqşünasın diqqət ayırdığı digər mühüm istiqamət çoxmənzilli yaşayış binalarında mənzil əldə etməsinə baxmayaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilməyən vətəndaşların hüquqlarının müdafiəsidir.

Bu istiqamətdə mənzil müqavilələri və sakinlərə məxsus digər sənədlər araşdırılır, çıxarışın alınmasına mane olan hüquqi səbəblər müəyyənləşdirilir və problemin həlli üçün mümkün hüquqi yollar qiymətləndirilir.

Aybəniz Bayramova bu problemlə üzləşən vətəndaşları könüllü əsaslarla hüquqi araşdırmada iştirak etməyə və onunla əlaqə saxlamağa dəvət edir. Müraciətlərə fərdi qaydada baxılacağı və konfidensiallığın qorunacağı bildirilir.

Hüquqşünasın sözlərinə görə, əsas məqsəd vətəndaşların və sahibkarların qanuni hüquq və mənafelərinin qorunmasına, hüquqi problemlərinin həllinə dəstək olmaq, eyni zamanda onlara səmərəli və keyfiyyətli hüquqi yardım göstərməkdir.

Əlaqə:

* Hüquqşünas: Aybəniz Bayramova

* Telefon: 055 761 21 71


*