Argentinalı futbolçu oyun zamanı özünü pis hiss etdikdən sonra dünyasını dəyişib.
Bu barədə “Need To Know” məlumat yayıb.
Tukuman əyalətinin Lomas de Tafi şəhərində həvəskar oyun zamanı “Asenta”nın 22 yaşlı futbolçusu Valter Arqanaras əvəz edildikdən sonra ehtiyat oyunçular skamyasına gedib və huşunu itirərək yerə yıxılıb.
Matç erkən başa çatıb. Arqanaras xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, o, infarkt keçirib. Komanda yoldaşları və yarışda iştirak edən komandalar onun ailəsinə başsağlığı veriblər.










