Məzmuna keç

Xərçəng riskini artıran gizli səbəblər: Həkimdən vacib açıqlama

Xərçəng xəstəliklərinin yaranma riskinə immun sisteminin vəziyyəti, xroniki iltihablanma, yuxu rejimi və həyat tərzi təsir göstərir.

Bu barədə bərpa təbabəti üzrə həkim, nevroloq Aleksey Mamatov “Gazeta.ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, xroniki iltihablanma orqanizm üçün risk faktorlarından biridir. Davamlı yorğunluq, oynaq ağrıları, həzm problemləri və ümumi sağlamlıq vəziyyətində dəyişikliklər bu proseslə əlaqəli ola bilər.

Mamatov qeyd edib ki, uzunmüddətli yuxusuzluq da sinir və immun sisteminin fəaliyyətinə, maddələr mübadiləsinə və orqanizmin bərpasına mənfi təsir göstərir.

Qidalanmaya da xüsusi diqqət yetirilməlidir. Tərəvəz, meyvə, tam taxıllı məhsullar və liflə zəngin qidaların qəbulu tövsiyə olunur. Alkoqolun, duzlu və yüksək dərəcədə emal olunmuş məhsulların həddindən artıq istehlakından isə çəkinmək lazımdır.

Həkim fiziki aktivliyin də vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər gün 15-30 dəqiqə hərəkət etmək belə orqanizmin ümumi sağlamlığına müsbət təsir göstərə bilər.

Mamatov bildirib ki, xərçəngönü hüceyrələri orqanizmdən birdəfəlik təmizləməyin universal üsulu yoxdur. Əsas məqsəd xəstəlik riskini artıran amilləri azaltmaq və profilaktikaya diqqət yetirməkdir.