Məzmuna keç

İrana qarşı sanksiyalar genişləndirildi

ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi səkkiz fiziki şəxsi və 22 şirkəti məhdudiyyətlər siyahısına daxil edib.

Sanksiyaya məruz qalan şəxslərin hamısı İran vətəndaşlarıdır. Şirkətlər isə İran, BƏƏ, Honkonq və digər ölkələrdə qeydiyyatdan keçib.

Qərara əsasən, həmin şəxslərin ABŞ-dəki aktivləri dondurulacaq, Amerika vətəndaşlarına və şirkətlərinə isə onlarla işgüzar əlaqələr qurmaq qadağan ediləcək.