Balotelli: Futbolçular arasında İtaliya formasını geyinmək istəyi görmürəm
Artıq futbolçular arasında İtaliya formasını geyinmək istəyi görmürəm. Dörd dəfə dünya çempionu olsalar da, İtaliya ardıcıl üçüncü Dünya Kubokunu əldən vermək təhlükəsi ilə üz-üzədir.
“Xəbərsiz” bildirir ki, bunu italiyalı hücumçu Mario Balotelli Trento İdman Festivalına səfəri zamanı deyib.
“Mənim üçün milli komanda böyük söhbət mövzusudur. Bu, heç kimə qarşı hücum deyil, amma mən tez-tez milli formanı qorumaq istəyi olmadan millidə oynayan futbolçuları görürəm və bu, xoşuma gəlmir. Milli komandada olarkən İtaliyanı təmsil etməkdən qürur duyurdum və bunun üçün darıxıram”, – deyə o, əlavə edib.
İslam İman





