Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb

Reklam728 × 90

Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.

“Xəbərsiz” xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Şöbədə müalicə olunan 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə yıxılıb.

Xəsarət alan şəxsə tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Reklam728 × 90