Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Melissa” qasırğası 1,6 milyon uşağın həyatını və sağlamlığını risk altında qoyur – BMT

Reklam728 × 90

“Melissa” qasırğası və onunla bağlı güclü yağışlar və daşqınlar Karib dənizi regionunda yaşayan ən azı 1,6 milyon uşağın həyatı və sağlamlığı üçün təhlükə yaradır.

“Xəbərsiz” bildirir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib.

Məlumata görə, “Melissa” qasırğası Yamayka, Haiti, Kuba və Dominikan Respublikası da daxil olmaqla, Karib dənizinin həssas sahil bölgələrində əsas xidmətləri poza bilər.

BMT-nin Uşaq Fondunun hesablamalarına görə, “küləklər, güclü yağışlar və daşqınlar ən azı 1,6 milyon uşaq üçün təhlükə yaradır”. Fond və onun tərəfdaşları “əvvəlcədən kritik” təchizatlara malikdir və “regionda təsirə məruz qalmış ərazilərdəki ailələrə dəstək verməyə hazırdır”.

Əli Hacı

Reklam728 × 90