SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu – FOTOLAR
23 Avqust 2026
Prezidentlər və xanımları birgə foto çəkdirdilər
23 Avqust 2026
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
23 Avqust 2026
Əsas/Baxış bucağı/ANAMA sədri açıqladı: 436 nəfər mina qurbanı olub
Baxış bucağı

ANAMA sədri açıqladı: 436 nəfər mina qurbanı olub

Xəbərsiz Media
20 Avqust 2026

19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə əlaqədar EDnews Analtik İnformasiya Portalı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla həmsöhbət olub. 

Müsahibədə Azərbaycanın mina problemi, işğaldan azad edilmiş ərazilərdə mina və digər partlayıcı sursatların yaratdığı humanitar çətinliklər, minatəmizləmə əməliyyatlarının miqyası, beynəlxalq dəstəyin səviyyəsi və qarşıda duran əsas vəzifələr müzakirə olunub.

“Minalar yalnız insan həyatı üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükədir”

– Vüqar müəllim, minaların yaratdığı problemlər hansı humanitar çətinliklərə səbəb olur?

– Mina və digər partlayıcı sursatlar insan sağlamlığı və təhlükəsizliyi ilə yanaşı, sosial-iqtisadi inkişafa, ətraf mühitə və insanların psixoloji vəziyyətinə ciddi təsir göstərən genişmiqyaslı humanitar çətinliklər yaradır.

Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən biridir. Qarabağ və Şərqi Zəngəzur ərazilərində mina və digər partlayıcı sursatlarla çirklənmə problemi ölkəmizin qarşılaşdığı ən ciddi humanitar və təhlükəsizlik çağırışlarından biridir.

Uzun illər davam edən işğal və münaqişə dövründə geniş ərazilər minalanıb. İlkin qiymətləndirmələrə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 milyondan çox minanın basdırılması ehtimal olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 667 kvadratkilometr ərazi mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmiş hesab edilir.

Mina çirklənməsinin ən yüksək olduğu ərazilər keçmiş təmas xətti və onun ətrafındakı sahələrdir. Qarışıq mina sahələrinin mövcudluğu, minaların sıxlığı, relyefin mürəkkəbliyi, səngərlər, istehkamlar və quraşdırılmış tələlər minatəmizləmə əməliyyatlarını daha da çətinləşdirir.

Təhlükə yalnız keçmiş hərbi mövqelərlə məhdudlaşmır. Əkin sahələri, bağlar, qəbiristanlıqlar və digər mülki təyinatlı ərazilər də geniş şəkildə minalanıb. İşğaldan azad edilmiş rayonların bir sıra kənd qəbiristanlıqlarında da mina hadisələri baş verib. Bu, partlayıcı sursatların yaratdığı humanitar fəlakətin miqyasını göstərir.

Partlayıcı sursatlar yalnız ayrı-ayrı insanlara deyil, bütövlükdə icmalara və gələcək nəsillərə təsir göstərir.

Vətən müharibəsindən sonrakı dövrdə – 2020-ci il noyabrın 10-dan 2026-cı il avqustun 19-dək ümumilikdə 271 mina hadisəsi qeydə alınıb. Bu müddətdə 436 nəfər mina qurbanı olub. Onlardan 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Mina və digər partlayıcı sursat təhlükəsi keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz qayıdışının, həmçinin həmin ərazilərdə bərpa və yenidənqurma prosesinin qarşısında duran əsas maneələrdən biridir.

Minalar sosial-iqtisadi fəaliyyətin bərpasını çətinləşdirir, mədəni-tarixi irsə və ətraf mühitə mənfi təsir göstərir. Yolların salınması, yaşayış məntəqələrinin, enerji, su və digər infrastruktur obyektlərinin tikintisindən əvvəl ərazilərin mina və digər partlayıcı sursatlardan təmizlənməsi zəruridir.

Məhz buna görə humanitar minatəmizləmə fəaliyyəti Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir.

295 min hektardan çox ərazi mina təhlükəsindən təmizlənib

– Minaların yaratdığı çətinliklərin aradan qaldırılması üçün hansı tədbirlər həyata keçirilir?

– Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan digər qurumlar tərəfindən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz geri dönüşünün təmin edilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Əsas prioritetlər yaşayış məntəqələrinin, nəqliyyat, enerji və digər strateji infrastrukturun yaradılması, kənd təsərrüfatı sahələrinin və digər prioritet ərazilərin bərpası və yenidən qurulması üçün sahələrin mina və digər partlayıcı sursatlardan təmizlənməsidir.

2020-ci il noyabrın 10-dan 2026-cı il avqustun 18-dək 295 543,3 hektar ərazi təmizlənib. Ümumilikdə 258 860 mina və digər partlamamış sursat aşkar edilərək zərərsizləşdirilib.

Onlardan 191 962-si digər partlamamış sursatlar, 42 893-ü piyada əleyhinə minalar, 24 005-i isə tank əleyhinə minalardır.

Minatəmizləmə prosesi ilə yanaşı, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilər konservasiya edilərək çəpərlənir və əhali arasında maarifləndirmə işləri aparılır.

Maarifləndirmə və çəpərləmə beynəlxalq minatəmizləmə standartlarına uyğun həyata keçirilən zəruri təhlükəsizlik tədbirləridir və uzunmüddətli dövlət strategiyasının əsas istiqamətlərindəndir.

“Beynəlxalq dəstək problemin miqyası ilə müqayisədə adekvat deyil”

– Azərbaycan mina problemi ilə mübarizədə xarici ölkələrdən və beynəlxalq qurumlardan yetərli dəstək ala bilirmi? Mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

– Azərbaycanın Mina Təhlükəsinə Qarşı Mübarizə fəaliyyətini əks etdirən 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul etmiş azsaylı ölkələrdən biri olması bu problemə göstərilən diqqətin mühüm göstəricisidir.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin qlobal səviyyədə qəbul edilməsi təşviq olunur. Bu istiqamətdə beynəlxalq sənədlər qəbul edilir, simpoziumlar və konfranslar keçirilir. Dünyanın və Azərbaycanın üzləşdiyi mina problemi beynəlxalq auditoriyanın diqqətində saxlanılır.

Bu, ölkəmizin mina problemi ilə mübarizədə sülhə və “Minasız dünya” konsepsiyasına sadiqliyini nümayiş etdirir.

Yaxın günlərdə, sentyabrın 2-3-də “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransına ev sahibliyi edəcəyik.

Ümumilikdə mina problemi ilə mübarizədə resursların səfərbər olunması, qlobal platformaların və texnologiyaların dəstəklənməsi, təcrübə mübadiləsi olduqca vacibdir.

Lakin beynəlxalq birlik tərəfindən Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində göstərilən dəstək problemin miqyası ilə müqayisədə adekvat deyil.

Bir faktı xüsusi qeyd etmək istərdim. 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycanın mina probleminin aradan qaldırılmasına ayrılmış vəsaitin təqribən 96 faizi ölkəmiz tərəfindən təmin edilib. Mina probleminə beynəlxalq dəstək isə təqribən 4 faiz təşkil edir. Bu göstərici məsələyə beynəlxalq diqqətin və dəstəyin artırılmasının zəruriliyini ortaya qoyur.

Azərbaycana əsas dəstək hansı ölkələrdən gəlir?

– Azərbaycana bu istiqamətdə göstərilən beynəlxalq humanitar yardımların əsas hissəsi hansı ölkə və təşkilatların payına düşür? 

– Azərbaycanda mina təhlükəsi ilə mübarizə tədbirlərinə beynəlxalq yardımın əsas hissəsi Avropa İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının payına düşür.

Bundan əlavə, Türkiyə, Fransa, Almaniya, Yaponiya, Belçika, Çin, Xorvatiya, Kanada və Macarıstan tərəfindən də maliyyə və texniki yardımlar göstərilib.

Eyni zamanda BMT qurumları, NATO, Marşall İrsi İnstitutu (MLI), ITF və digər beynəlxalq təşkilatlar tərəfindən və ya onların vasitəsilə Azərbaycana müxtəlif istiqamətlərdə dəstək verilib.

“Mina təhlükəsizliyi ən son məcburi köçkün ailəsinin məskunlaşmasına qədər təmin ediləcək”

– Azad edilmiş ərazilərdə mina təhlükəsinin tam aradan qaldırılması üçün Azərbaycanın qarşısında təxminən nə qədər iş qalır?

– Beynəlxalq minatəmizləmə standartlarına əsasən, mina və digər partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılması müxtəlif mərhələlər üzrə davam etdirilir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları keçmiş məcburi köçkünlərin öz doğma yerlərinə köçü və bərpa-quruculuq işləri ilə əlaqəli şəkildə, müəyyən edilmiş illik iş planlarına əsasən həyata keçirilir.

Əhalinin mina və digər partlayıcı sursatların təsirindən azad mühitdə yaşamasının təmin edilməsi istiqamətində tədbirlər paralel şəkildə həyata keçirilir.

Bu işlər ən son məcburi köçkün ailəsinin məskunlaşmasına qədər davam etdiriləcək.

Ziyafət Əlisoy

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm23 Avqust 2026

Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - FOTOLAR

Manşet23 Avqust 2026

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

Manşet23 Avqust 2026

Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edildi

Manşet23 Avqust 2026

Prezidentlə xanımı Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoydular

Maraqlı22 Avqust 2026

Bakıya uçmalı olan təyyarələr havaya QALXA BİLMİR

Dünya22 Avqust 2026

Putin oradan hərbi qüvvələri geri çəkir!

Dünya22 Avqust 2026

Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard ayrılır

Dünya22 Avqust 2026

Pxenyanın Rusiyaya verdiyi raket: Beş “İsgəndər” gücündədir…

Baxış bucağı21 Avqust 2026

Yasamalda tikinti xaosu: Şərifzadə küçəsində aparılan qanunsuz tikintiləri kim himayə edir?

Gündəm20 Avqust 2026

“Bu kəndlər Ermənistan ərazisi deyil”

Həmçinin oxu

Baxış bucağı

Yasamalda tikinti xaosu: Şərifzadə küçəsində aparılan qanunsuz tikintiləri kim himayə edir?

No Comment
331 baxış
Baxış bucağı

Azərbaycan dünyadan yardım alan ölkədən donor ölkəyə necə çevrildi?

No Comment
409 baxış
Baxış bucağı

ANAMA sədri açıqladı: 436 nəfər mina qurbanı olub

No Comment
407 baxış
Baxış bucağı

Müharibələr və təbii fəlakətlər: dünyada humanitar yardıma ehtiyac niyə artır?

No Comment
402 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu – FOTOLAR
“Bu kəndlər Ermənistan ərazisi deyil”
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2194
Dünya 1271
Elm və təhsil 377
Gündəm 1282

Bütün müəllif hüquqları qorunur - 2026