Məzmuna keç

Bakıda yıxılaraq xəsarət alan 86 yaşlı qadın ölüb

Bakıda 19 gün öncə hamamda yıxılaraq xəsarət alan 86 yaşlı qadın xəstəxanada ölüb.

“Xəbərsiz” bildirir ki, hadisə Nərimanov rayonunda baş verib.

Oktyabrın 31-də 1939-cu il təvəllüdlü Sevil Hüseynova yaşadığı Hidayətzadə küçəsindəki evində hamamda yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. O, ötən gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.