İsveçrə ABŞ ilə İran arasındakı mübahisəni həll etmək üçün danışıqlara ev sahibliyi etməyə hazırdır.
“Xəbərsiz” xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Melani Qogelmann TASS-a müsahibəsində deyib.
“İsveçrə sülhün təmin edilməsinə yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazırdır və Xarici İşlər Nazirliyimiz bütün tərəflərlə əlaqə saxlayır”, – o əlavə edib.

















