Məzmuna keç

Çingiz Qasımov vəfat etdi

Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Qocalmanın fiziologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Çingiz Qasımov vəfat edib.

 

“Xəbərsiz” xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

 

O, 77 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.