Məzmuna keç

Heydər Əliyev prospektində maşın yanır

Bakıda avtomobil yanır.

“Xəbərsiz” xəbər verir ki, Heydər Əliyev prospektində “Ford” markalı avtomobilin yanması ilə bağlı görüntülər qeydə alınıb.

Əraziyə FHN-in qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib. Yanğın nəticəsində xəsarət alanların olub-olmadığı da açıqlanmayıb.