“Delta Air Lines” təyyarəsi hərəkət edərkən qanadı ilə “Air Canada” təyyarəsinə çırpılıb.
Bu barədə Federal Aviasiya Administrasiyası məlumat yayıb.
“Delta Air Lines”in 7 nömrəli reysi qalxmaq üçün hərəkət edərkən sol qanadının ucu “Air Canada”nın 875 nömrəli reysinin üfüqi stabilizatoruna dəyib”, – deyə açıqlamada bildirilir.
Aviasiya rəsmiləri hadisənin araşdırıldığını bildiriblər.
Hər iki aviaşirkətə istinadən media orqanları fövqəladə hal nəticəsində heç kimin xəsarət almadığını bildirir.










