Məzmuna keç

Polkovnik Yaqub Əhədov QƏZADA ÖLDÜ

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Sumqayıt yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

“Xəbərsiz” xəbər verir ki, Adil Namiq oğlu Ağayev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yolu keçən piyada 1970-ci il təvəllüdlü şəhər sakini Yaqub Qərib oğlu Əhədovu vurub.

Ölən şəxs Y.Əhədov Müdafiə Nazirliyinin Silahlandırma İdarəsinin keçmiş rəisi olan polkovnik Yaqub Əhədov imiş. //Ajans.az