Məzmuna keç

Putin ona Əmək Qəhrəmanı adı verdi – 16 ildir merdir

Rusiya Prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyaninə Əmək Qəhrəmanı adı verib.

Bununla bağlı müvafiq fərman imzalanıb.

Sənəddə deyilir: “Moskva şəhərinin sosial-iqtisadi məsələlərinin həllində xüsusi xidmətlərinə görə Rusiya Federasiyasının Əmək Qəhrəmanı adı Sergey Semyonoviç Sobyaninə verilir”.

Xatırladaq ki, Sobyanin 2010-cu ildən Rusiya paytaxtının meri vəzifəsində çalışır. Sobyanin Yuri Lujkovun istefasından sonra o vaxtkı prezident Dmitri Medvedev tərəfindən namizəd göstərilmişdi.