Rusiya prezidenti Vladimir Putin Fars körfəzində baş verən hadisələr fonunda Fələstin probleminin unudulmamasına çağırıb.
Putin bu barədə “Rusiya-Afrika” forumunun ilk plenar iclasında çıxışı zamanı danışıb.
Rusiya lideri vurğulayıb ki, Fələstin xalqı əziyyət çəkməyə davam edir və Fars körfəzindəki vəziyyətə diqqət yetirilərkən bu problemin diqqətdən kənarda qalmaması vacibdir.
“Fars körfəzində baş verən hadisələr fonunda əziyyət çəkməyə davam edən Fələstinin problemlərini unutmaq olmaz”, – deyə Putin bildirib.
O, həmçinin Rusiyanın iki dövlətin yaradılması prinsipini dəstəklədiyini qeyd edib. Putinin fikrincə, Fələstin məsələsinin yekun həlli yalnız bu prinsip əsasında mümkündür.










