Məzmuna keç

Qarabağ qazisi vəfat etdi

Birinci Qarabağ müharibəsinin qazisi Mürşüd Mamedov vəfat edib.

Bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, M.Mamedov Qarabağ döyüşlərində aldığı yaranın (döyüşdə ayağını itirmişdi) iltihabı nəticəsində dünyasını dəyişib.

Mərhum bu gün Saatlı rayonunun Günəşli kəndində dəfn olunacaq.