Məzmuna keç

Rusiya ilə Ukrayna cəsədləri dəyişdilər – Belarusda

Cümə axşamı günü Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi Belarusda baş tutub.

Bu barədə Belarus dövlət xəbər agentliyi “Belta” məlumat yayıb.

“Bu gün Rusiya və Ukrayna arasında Belarus sərhəd bölgəsində həlak olan hərbçilərin cəsədlərinin daha bir mübadiləsi baş tutub”, – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, mübadilə Belarus-Ukrayna sərhədindəki Novaya Quta keçid məntəqəsində baş tutub.

“Rusiya tərəfi Ukrayna tərəfinə 252, Ukrayna isə Rusiyaya 25 cəsəd təhvil verib”.

Agentliyin məlumatına görə, Ukrayna münaqişəsi kontekstində Belarus humanitar marşrutlarda, ailələrin birləşdirilməsində və hərbi əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin dəyişdirilməsində kömək etməyə davam edir. Artıq Belarus ərazisində 70-dən çox humanitar mübadilə missiyası həyata keçirilib.

Rusiya və Ukrayna arasında əvvəlki cəsəd mübadiləsi sentyabr ayında baş tutmuşdu.