Məzmuna keç

Tramp İraqa xüsusi elçi təyin edib

ABŞ prezidenti Donald Tramp Mark Savayanı İraq üzrə xüsusi elçisi təyin etdiyini açıqlayıb.

“Xəbərsiz” bildirir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Markın İraq – ABŞ münasibətləri və onun regiondakı əlaqələri haqqında dərin biliyi Amerika xalqının maraqlarını irəlilətməyə kömək edəcək”, – Tramp bildirib. 

Tramp qeyd edib ki, Savaya Miçiqan ştatında prezidentlik kampaniyası üzərində çalışıb və ona amerikalı müsəlmanların səslərini toplamağa kömək edib.

Əli Hacı