Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Qəddafinin milyonları Sarkozini yandırdı! Fransanın sabiq prezidenti “cinayət təşkilatı yaratmaqda” təqsirli bilinib

Reklam728 × 90

Fransanın sabiq prezidenti Nikola Sarkozi Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafi rejimindən qeyri-qanuni maliyyələşdirilməyini qəbul etdiyi üçün məhkəmə tərəfindən təqsirli bilinib.

“Xəbərsiz” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Paris məhkəməsi Sarkozinin 2005-2007-ci illər arasında korrupsiya ittihamlarını təşkil edən qruplaşmada əli olduğuna qərar verib.

70 yaşlı sabiq prezident bu cür səs-küylü cinayətdə mühakimə olunan ilk Fransa prezidenti olub.

Məhkəmə hələ Sarkoziyə hökm çıxarmayıb. Hökmdən apellyasiya şikayəti verilərsə, proses yekunlaşana qədər icra olunmayacaq.

İddia edilib ki, 2007-ci ildə Liviyada keçirilən prezident seçkilərində qələbəsini təmin etmək üçün Qəddafi milyonlarla dollar gizli şəkildə Sarkozinin seçki kampaniyasına köçürüb.

Sarkozi üç aylıq məhkəmə prosesində bu ittihamları da rədd edib.

İsa İntiqam

 

Reklam728 × 90