Almaniya federal hökumətinin elmi məşvərət şurası pensiya yaşının mərhələli şəkildə 73-ə çatdırılmasını təklif edib,
“Xəbərsiz” bu barədə Almaniyanın Bild nəşrinə istinadən xəbər verir.
Məlumata görə, dörd alman iqtisadçısının daxil olduğu elmi məsləhət qrupu öz hesabatında pensiya sistemində təcili islahatların aparılmasını tələb edir.
Onlar əlavə ediblər ki, Almaniyada iqtisadi göstəricilər kifayət qədər məhsuldarlıq artımı olmaması və struktur demoqrafik problemlər səbəbindən uzun müddətdir ki, durğunluq nümayiş etdirir.
Nümunə kimi ekspertlər pensiya yaşının gözlənilən ömür uzunluğuna əsaslandığı və hazırkı hesablamalara görə 2040-cı ilə qədər 70 yaşa qədər yüksələcəyi Danimarkanı göstərirlər.
Almaniyada pensiya yaşı hazırda 65-dir, lakin 2031-ci ilə qədər 67-yə yüksələcək. 2006-cı ildən bu yana davamlı olaraq gözlənilən ömür uzunluğuna uyğun olaraq tənzimlənir.
İntiqam İsa







